13 
Fev
2020
10:26
49
39
3299
Virtual karabakh

Şamaxıda AVRO-2020 üçün düşərgə təşkil olunub - FOTO

13 Fev, 2020
10:26
3299

Şamaxıda AVRO-2020 üçün düşərgə təşkil olunub - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Şamaxıda yerli və xarici media nümayəndələri üçün düşərgə təşkil olunub.

Oxu.Az xəbər verir ki, düşərgədə yerli media nümayəndələri ilə yanaşı, Türkiyədən (TRT, “Haber Global”, “Tribun” dərgisi) və Rusiyadan (Sports.ru) da dəvət olunmuş jurnalistlər iştirak edib.

İki gün davam edən düşərgədə əvvəlcə AVRO-2020-nin Bakıda keçiriləcək dörd oyunu, bilet satışı, təşkilatçılıq məsələləri ilə bağlı ümumi təqdimat nümayiş olunub. Təqdimatı AVRO-2020-nin Bakı üzrə Media və İctimaiyyətlə Əlaqələr üzrə koordinator Kamran Talıbov edib. 

Daha sonra jurnalistlərdən ibarət komandalar arasında atıcılıq, bilyard, boulinq və stolüstü tennis üzrə yarışlar keçirilib. Atıcılıq yarışında Oxu.Az-ın Şamaxıda təşkil olunan düşərgədə iştirak edən əməkdaşı Səbuhi Musayev hamıdan çox dəqiq hədəfi nişan ala bilib. 

Bununla belə, ümumi komanda hesabında digər iki yarışda qalib olmuş Sports.ru-nun əməkdaşlarından ibarət komanda kuboka yiyələnib. Həmçinin bildirilib ki, bütün iştirakçılara iyunun 13-də keçiriləcək Uels – İsveçrə oyunu üçün iki bilet veriləcək.

Tədbirin son günündə isə jurnalistlər dövlətə məxsus - 2018-ci ildə açılmış “Şirvan Şərabları” şirkətinin Şamaxının Meysəri kəndində olan zavoduna baş çəkib. Burada onlar yerli şərabların istehsal prosesi ilə tanış olub və dadına baxmaq imkanı əldə ediblər.

Xatırladaq ki, futbol üzrə Avropa çempionatının 60 illik yubileyi münasibətilə qitə birinciliyinin oyunları 12 şəhərdə - Sankt-Peterburq, London, Münhen, Bakı, Roma, Buxarest, Dublin, Kopenhagen, Bilbao, Qlazqo, Budapeşt və Amsterdamda təşkil olunacaq.

A qrupunun üç oyunu, həmçinin, 1/4 final mərhələsinin bir qarşılaşması Bakı Olimpiya Stadionunda keçiriləcək. Püşkün nəticəsinə əsasən, A qrupunda Türkiyə, İtaliya, Uels və İsveçrə milli komandaları yer alıb.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri