13 
Fev
2020
21:40
265
30
4484
Virtual karabakh

Azərbaycanın qadın güləşçisi Avropa çempionatının finalına çıxdı

13 Fev, 2020
21:40
4484

Azərbaycanın qadın güləşçisi Avropa çempionatının finalına çıxdı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanın qadın güləşçisi Elis Manolova İtaliyada keçirilən Avropa çempionatında finala yüksəlib.

Güləş Federasiyasının məlumatına görə, 65 kq-da mübarizə aparan idmançı yarımfinal mərhələsində rusiyalı Mariya Kuznetsovaya 7:3 hesabı ilə qalib gələrək, həlledici görüşə vəsiqə qazanıb.

Onun finaldakı rəqibi Mimi Nikolova Xristova (Bolqarıstan) olacaq.

Tatyana Omelçenko isə finala çıxmaq şansından yararlana bilməyib. Ukrayna təmsilçisi Yuliya Tkaça uduzan güləşçi sabah bürünc medal uğrunda Belarus idmançısı Veronika İvanova ilə qarşılaşacaq.

Bu gün mübarizəyə qoşulan digər iki Azərbaycan güləşçisi Tatyana Varansova (53 kq) və Alyona Kolesnikin (57) uduzduqları rəqiblər finala çıxdıqlarından, onlar bürünc medal qazanmaq şanslarını saxlayıblar.

Qeyd edək ki, medal görüşləri sabah keçiriləcək.

Avropa çempionatı

53 kq

Təsnifat. Tatyana Varansova - Marina Rueda Flores (İspaniya) - 8:5

1/8 final. Tatyana Varansova - Cesika Korneliya Blaşka (Niderland) - 0:10

Təsəlliverici görüş. Tatyana Varansova – Suzana Qeorqiana Seykariu (Rumıniya)

57 kq

1/4 final. Alyona Kolesnik - Qreys Cekob Bulen (Norveç) - 0:5 (tuşe)

Bürünc medal görüşü. Alyona Kolesnik – İrina Kuraçkina (Belarus)

62 kq

Təsnifat. Tatyana Omelçenko - Aurora Kampanya (İtaliya) - 3:0

1/4 final. Tatyana Omelçenko - Mariana Şaştin (Macarıstan) - 5:3

1/2 final. Tatyana Omelçenko - Yuliya Tkaç (Ukrayna) - 0:4

Bürünc medal görüşü. Tatyana Omelçenko - Veronika İvanova (Belarus)

65 kq

1/4 final. Elis Manolova – Petra Olli (Finlandiya) 8:1

1/2 final. Elis Manolova – Mariya Kuznetsova (Rusiya) 7:3

Final. Elis Manolova – Mimi Nikolova Xristova (Bolqarıstan)

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri