14 
Fev
2020
13:26
127
31
5323
Virtual karabakh

MMA döyüşçümüz BOS-da təhlükəsizlik xidmətinin rəisi təyin olunub - FOTO

14 Fev, 2020
13:26
5323

MMA döyüşçümüz BOS-da təhlükəsizlik xidmətinin rəisi təyin olunub - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Fevralın 12-də və dünən futbol üzrə İngiltərə milli komandasının nümayəndələri Bakıda səfərdə olub.

Oxu.Az xəbər verir ki, komandanın meneceri Styuart Braun, səyahət meneceri Keli Braun, mühafizə xidmətinin rəhbəri Toni Coniford və mühafizə xidmətinin əməkdaşı Stiv Lyuisdən ibarət olan nümayəndə heyətinin səfəri hotel və stadionlara baxış məqsədi daşıyıb.

İngiltərə millisinin təmsilçiləri səfər proqramı çərçivəsində Bakı Olimpiya Stadionuna (BOS) da baxıblar.

Bəs BOS-da onları müşayiət edən şəxs kimdir? Bu, MMA döyüşçümüz Cəmil İbrahimovdur. Sual yaranır: MMA döyüşçüsü hara, futbol hara? 

Oxu.Az bu məsələ ilə bağlı maraqlı məqam öyrənib. O, AVRO-2020 ilə bağlı Yerli Təşkilat Komitəsində Təhlükəsizlik Xidmətinin meneceri vəzifəsinə təyin olunub. Cəmilin iş məkanı isə BOS-dur.

Onun bu vəzifəyə təyin olunması tək idmançı olması ilə bağlı deyil. 27 yaşlı Cəmil ingilis və fransız dillərində danışmağı bacardığından, qonaqlarla tərcüməçisiz ünsiyyət qurmaqda problem yaşamır.

Qeyd edək ki, Cəmil İbrahimov UFC-dən sonra ikinci nüfuzlu MMA turniri olan “Bellator”da debüt edən ilk azərbaycanlı olub. O, peşəkar MMA-da üç görüş keçirib və bunların ikisində qalib gəlib.

Xatırladaq ki, Avro-2020-nin dörd oyunu (üç qrup mərhələsi və bir 1/4 final qarşılaşması) Bakıda keçiriləcək. İngiltərə milli komandasının Bakıda yalnız 1/4 final mərhələsində oynamaq ehtimalı var.

Onu da bildirək ki, ötən həftə Niderland milli komandasının da nümayəndələri eyni məqsədlə Bakıya səfər edib.

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri