15 
Fev
2020
14:06
316
15
6230
Virtual karabakh

Yarış üçün getdiyi ölkədə qəhrəman oldu - VİDEO

15 Fev, 2020
14:06
6230

Yarış üçün getdiyi ölkədə qəhrəman oldu - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyənin xizəkçilik üzrə milli komandasının üzvü Sıla Kara yarışmaq üçün getdiyi Sloveniyada qəhrəman elan edilib. Belə ki, o, kanatdan yıxılmaq üzrə olan uşağın həyatını xilas edib.

Bu barədə “Demirören Haber Ajansı” (DHA) xəbər yayıb.

Bildirilir ki, Sıla Kara Krvavec şəhərində finaldan əvvəl kanatda gəzmək qərarına gəlib. Bir müddətdən sonra onun yanında oturan uşaq tarazlığını itirərək yıxılıb. İdmançı qız dərhal ayağını uzadıb xizəyi ilə uşağı tutub, sonra isə əlləri ilə havada saxlayıb. Məlumata görə, onlar bu vəziyyətdə 15 dəqiqə qalıblar. Uşaq bir müddətdən sonra köməyə gələn xilasedicilər tərəfindən xilas edilib.

Bundan sonra Sıla Kara Krvavec sakinləri tərəfindən qəhrəman elan edilib, polis idarəsi isə onu medalla təltif edib. 

Müsabiqədən sonra Ankaraya qayıdan Sıla Kara baş verənləri belə danışıb:

“Kanat hərəkətdə olduğu üçün işçilər bizi görmürdü. Uşaq həmin vaxt panikaya düşərək qorxu içində qışqırırdı. Bir az sonra uşaq sürüşməyə başladı, artıq onu tuta bilmirdim. Buna görə əlcəklərimi çıxarmaq qərarına gəldim. Həmin vaxt uşaq, “Nə olar, məni iki əlinlə tut”, - deyə qışqırıb ağlamağa başladı. Mən də bərk həyəcanlandım. Əlcəyi çıxartdıqdan sonra uşağın əlini daha bərk tutdum. Təqribən 15 dəqiqə keçdikdən sonra işçilər və təhlükəsizlik əməkdaşları gəldi. Aşağı tor açdılar və uşağı onun üstünə atdım. Sonra dərhal aşağı enib uşağın vəziyyəti ilə maraqlandım. Mənə onun vəziyyətinin yaxşı olduğunu və heç bir problemi olmadığını bildirdilər.”

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri