15 
Fev
2020
18:50
132
31
3310
Virtual karabakh

Azərbaycanın adı triatlonda inkişaf etməkdə olan ölkələr arasında açıqlandı - FOTO

15 Fev, 2020
18:50
3310

Azərbaycanın adı triatlonda inkişaf etməkdə olan ölkələr arasında açıqlandı - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Belarusun paytaxtı Minskdə Avropa Triatlon Federasiyaları prezidentlərinin sayca 15-ci konfransı keçirilib. 

Oxu.Az Gənclər və İdman nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Beynəlxalq Triatlon Federasiyasının bu idman növünün inkişafı ilə bağlı açıqladığı hesabatda Azərbaycan idmanın bu növündə inkişaf etməkdə olan ölkələr arasında ön sıralarda qərarlaşıb.

Beynəlxalq Triatlon Federasiyasının ispaniyalı prezidenti Marisol Kasado çıxışında yeniliklərə toxunaraq bildirib ki, Tokio Yay Olimpiya Oyunlarında ilk dəfə olaraq estafet üzrə yarışlar da keçiriləcək.

Triatlonda yeniliyin bununla bitmədiyini qeyd edən prezident Fransada gerçəkləşəcək 2024-cü il Olimpiya Oyunlarında idmançıların ilk dəfə olaraq super sprint kateqoriyasında da medal uğrunda mübarizəyə qoşula biləcəklərini bildirib.

Qeyd edək ki, ötən il Rio Olimpiadasında Azərbaycan ilk dəfə Rostislav Pevtsov vasitəsilə triatlonda təmsil olunub.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri