16 
Fev
2020
15:35
101
35
3381
Virtual karabakh

Bakıda batut gimnastikası və tamblinq üzrə Dünya Kubokunda yarışlar davam edir - FOTO

16 Fev, 2020
15:35
3381

Bakıda batut gimnastikası və tamblinq üzrə Dünya Kubokunda yarışlar davam edir - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıda Milli Gimnastika Arenasında batut gimnastikası və tamblinq üzrə Dünya Kubokunda yarışların ikinci günü start götürüb.

Bu gün saat 12:00-da batutçu qadınlar, saat 12:30-da kişilərin fərdi mübarizəsində finallar, saat 13:00-da mükafatlandırma və “AGF Trophy”nin təqdimetmə mərasimi olub. Saat 13:15-də tamblinq növündə kişilər, saat 13:45-də qadınların yarışı başlayıb və 14:15-də mükafatlandırma mərasimi və “AGF Trophy”nin təqdimetmə mərasimi olub.

Batutçu kişi və qadın sinxron cütlüklərin final çıxışlarına saat 14:30-dan etibarən başlayıb. 

Bu gün Azərbaycan gimnastı Fərid Mustafayev tamblinq üzrə final yarışlarında çıxış edir. 

Ötən gün azərbaycanlı gimnast Fərid Mustafayev (tamblinq) batut gimnastikası və tamblinq üzrə Dünya Kubokunun finalına çıxıb. F.Mustafayev iki cəhdin nəticələrinə əsasən finala 60,9 xalla vəsiqə qazanıb.

Qeyd edək ki, fevralın 15-də Bakıda Milli Gimnastika Arenasında batut gimnastikası və tamblinq üzrə Dünya Kubokunda yarışlar start götürüb. İki gün baş tutacaq və 30 ölkənin 150-dək gimnastının mübarizə apacağı builki Kubok Tokio Olimpiya Oyunlarına lisenziya xarakterli yarışdır.

Turnirdə ən yüksək icra xalını toplamış gimnastlara ənənəvi “AGF Trophy” Kuboku da təqdim olunacaq.

Xatırladaq ki, ötən il Bakıda baş tutmuş batut gimnastikası üzrə Dünya Kuboku da Olimpiadaya təsnifat xarakterli yarış olub. 2018-ci ildə isə paytaxtımız 26 ölkənin iştirakı ilə gimnastikanın bu növü üzrə ilk dəfə Avropa çempionatına ev sahibliyi edib.

2021-ci ildə Azərbaycanda ilk dəfə olaraq batut gimnastikası üzrə Dünya Çempionatı təşkil ediləcək.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri