17 
Fev
2020
09:50
109
16
3786
Virtual karabakh

Azərbaycanlı futbolçu “Liverpul”a qarşı

17 Fev, 2020
09:50
3786

Azərbaycanlı futbolçu “Liverpul”a qarşı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan millisinin futbolçusu Renat Dadaşov İngiltərənin “Liverpul” komandasına qarşı oynaya bilər.

Oxu.Az xəbər verir ki, dörd gün əvvəl İngiltərənin “Vulverhempton” klubunun 23 yaşadək komandası (U-23) ilə Birminqem Kubokunda “Leminqton”a qarşı matçda (2:0) ikinci hissədə meydana daxil olmuş Dadaşov bu dəfə çempionat çərçivəsində oyuna çıxacaq.

O, “Liverpul” U-23-nə qarşı bu gün Premyer Liqa 2 çərçivəsində meydana çıxmaq şansı əldə edəcək.

Qeyd edək ki, Renat Dadaşov artıq bir dəfə – yanvarın 29-da “Liverpul” U-23-nə qarşı oynayıb. O, Premyer Liqa Beynəlxalq Kubokunda “Liverpul” U-23-ü ilə 2:2 hesabı ilə başa çatan görüşdə 90 dəqiqə oynamış və hətta 49-cu dəqiqədə qol da vurmuşdu.

Sonradan Renatın bu qolu “Vulverhempton” klubunda yanvar ayının ən yaxşı qolları sırasına düşmüşdü.

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri