17 
Fev
2020
12:55
15
110
4449
Virtual karabakh

Azərbaycanlı idmançı rəqibi zədələdi, döyüş baş tutmamış hesab edildi - FOTO

17 Fev, 2020
12:55
4449

Azərbaycanlı idmançı rəqibi zədələdi, döyüş baş tutmamış hesab edildi - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Moldovanın paytaxtı Kişinyovda “Eagles Next Level” MMA yarışı keçirilib.

Oxu.Az xəbər verir ki, bu yarışda iştirak edən üç MMA döyüşçümüzdən heç birinə qələbə qazanmaq qismət olmayıb.

Gecənin 52 kq çəki dərəcəsində yeganə qadınlardan ibarət döyüşündə Moldovadan olan, milliyyətcə qaqauz olan idmançı Donna Kel azərbaycanlı Tünzalə İmanlını ikinci raundda məğlub edib. Bunun üçün 2:09 dəqiqə kifayət edib. Kel qələbəsi zamanı Qaqauziyanın bayrağını açıb.

Ağır çəkidə Elçin Hüseynov daha təcrübəli olan özbəkistanlı Müzəffər Rəcəbovla qarşılaşıb. Lakin rəqibin təcrübəsi öz sözünü deyib və Elçin parterdə uduzub.

Ən maraqlı görüşlərdən biri 57 kq çəki dərəcəsində olub. Mehman Məmmədov əfqanıstanlı Nurəddin Həzrətlə görüşdə rəqibin qasıq nahiyəsindən vurub. Nəticədə, rəqib döyüşü davam etdirə bilməyəcəyini deyib. Bu səbəbdən döyüş baş tutmamış sayılıb.

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri