17 
Fev
2020
17:08
18
149
2769
Virtual karabakh

“Mançester Yunayted”in təyyarə qəzasından sağ çıxan əfsanəsi 87 yaşında vəfat etdi

17 Fev, 2020
17:08
2769

“Mançester Yunayted”in təyyarə qəzasından sağ çıxan əfsanəsi 87 yaşında vəfat etdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Mançester Yunayted”in və Şimali İrlandiya millisinin sabiq qapıçısı Harri Qreq vəfat edib.

Xəbəri BBC agentliyi yayıb.

Nəşr 87 yaşlı qapıçının ölüm səbəbi barədə məlumat verməyib.

Harri Qreq “manikunyanlar”ın heyətində 1957-1966 illər aralığında çıxış edib. O, 1958-ci ildə Münhendə baş vermiş aviasiya qəzasında salamat qalmış doqquz futbolçudan biridir.

Qəzadan sağ çıxan Harri Qreq yaralıların yanan təyyarədən xilas edilməsində iştirak edib. Qapıçı qəzadan iki həftə sonra yaşıl meydana qayıdıb. 

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri