17 
Fev
2020
22:59
167
38
3514
Virtual karabakh

Ramil Şeydayev rəsmən “Sabah”da - VİDEO

17 Fev, 2020
22:59
3514

Ramil Şeydayev rəsmən “Sabah”da - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Sabah” futbol klubu Azərbaycan millisinin hücumçusu Ramil Şeydayevlə münasibətlərini rəsmiləşdirib.

Oxu.Az xəbər verir ki, müqaviləyə əsasən, 23 yaşlı futbolçu mövsümün sonuna kimi bu komandanın uğurları üçün çalışacaq. Şeydayev “Sabah”da 99 nömrəli formada çıxış edəcək.

Ramil futbolçu karyerasına Rusiyanın “Zenit” klubunda başlayıb. O, daha sonra Sankt-Peterburq təmsilçisinin əsas komandasının, Rusiyanın “Rubin”, “Krılya Sovetov”, “Dinamo” (Moskva), Türkiyənin “Trabzonspor”, Slovakiyanın “Jilina” klublarının və ölkəmizdə “Qarabağ”ın uğurları üçün çalışıb.

Ramil Şeydayev Rusiya millisinin aşağı yaş qruplarının, həmçinin bu ölkənin 21 yaşadək futbolçulardan ibarət komandasının üzvü olub. 2016-cı ildən Azərbaycan yığmasının şərəfini qoruyan Ramil əsas millimizdə keçirdiyi 26 oyunda dörd qol vurub.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri