18 
Fev
2020
10:17
103
24
4058
Virtual karabakh

Azərbaycanlı futbolçu “Liverpul”la oyunda komandasına penalti qazandırdı

18 Fev, 2020
10:17
4058

Azərbaycanlı futbolçu “Liverpul”la oyunda komandasına penalti qazandırdı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan millisinin və İngiltərənin “Vulverhempton” klubunun futbolçusu Renat Dadaşov Dumanlı Albionda növbəti oyununa çıxıb.

Oxu.Az xəbər verir ki, o, “Vulverhempton”un 23 yaşadək komandasının (U-23) çempionat çərçivəsində öz meydanında “Liverpul”dan olan həmyaşıdlarına qarşı matçda meydanda olub.

90 dəqiqə meydanda olan futbolçumuz komandasına penalti qazandırıb. O, 71-ci dəqiqədə rəqibin Hollandiya U-19-da oynayan müdafiəçisi Sep van den Berq tərəfindən cərimə meydançası daxilində yıxılıb. 

72-ci dəqiqədə “Vulverhempton”un uelsli futbolçusu Çem Kempbel penaltidən hesabı bərabərləşdirsə də, meydan sahiblərinə bir xal qazanmaq qismət olmayıb. Belə ki, oyuna əlavə olunmuş ikinci dəqiqədə qonaqlar qələbə topunu vurub.

Qeyd edək ki, “Vulverhempton” U-23-ü çempionatda 11 xalla sonuncudur. Komanda fevralın 21-də Premyer Liqa Kubokunda səfərdə “Lidz”lə qarşılaşacaq.

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri