18 
Fev
2020
12:36
17
94
2507
Virtual karabakh

Futbol millimizdə paraqvaylı futbolçu çıxış edəcək

18 Fev, 2020
12:36
2507

Futbol millimizdə paraqvaylı futbolçu çıxış edəcək

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Keşlə”nin futbolçusu Sesar Mesa Kolli Azərbaycan yığmasına dəvət alacaq.

Oxu.Az xəbər verir ki, AFFA italyan əsilli paraqvaylı sağ cinah hücumçusunu milliləşdirmək qərarına gəlib.

2013-cü ildən ölkəmizdə çıxış etməsi nəzərə alınaraq, Mesa Kollinin FIFA-nın müvafiq qaydalarına əsaslanmaqla, AFFA tərəfindən milliləşdirilməsi nəzərdə tutulub.

Qeyd edək ki, 28 yaşlı Sesar Mesa Kolli “Keşlə” (əvvəlki “İnter”) ilə yanaşı, “Zirə”nin də formasını geyinib. Hazırda Rumıniyanın “Universitatya” (Krayova) klubuna məxsus olan futbolçu ötən yaydan “Keşlə”də icarə əsasında çıxış edir.

Onu da bildirək ki, hazırda millimizdə Azərbaycanla bağlılığı olmayan braziliyalı Rişard Almeyda çıxış edir.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri