19 
Fev
2020
11:00
14
83
2092
Virtual karabakh

AFFA və KOBİA arasında AVRO-2020 ilə bağlı Əməkdaşlıq haqqında Memorandum imzalandı - FOTO

19 Fev, 2020
11:00
2092

AFFA və KOBİA arasında AVRO-2020 ilə bağlı Əməkdaşlıq haqqında Memorandum imzalandı - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün AFFA ilə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) arasında AVRO-2020 ilə bağlı Əməkdaşlıq haqqında Memorandum imzalanıb.

Oxu.Az xəbər verir ki, 150-yə yaxın KOB subyektinin iştirakı ilə təşkil olunmuş “AVRO-2020: KOB-lar üçün perspektivlər” mövzusunda tədbirdə Avropa çempionatı kimi tədbirlərdən KOB subyektlərinin faydalanması, satış imkanlarını genişləndirməsi barədə məlumat verilib, sahibkarları maraqlandıran suallar cavablandırılıb.

KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov bu il Azərbaycanın ev sahibliyi edəcəyi AVRO-2020 oyunlarının ölkəmizdə idmanın, xüsusilə futbolun inkişafına öz töhfəsini verməklə yanaşı, KOB subyektlərinin məhsullarının satışına da əlverişli imkan yaradacağını qeyd edib.

Vurğulanıb ki, KOBİA və AFFA-nın birgə əməkdaşlığı çərçivəsində oyunların keçiriləcəyi müvafiq ərazidə KOB-ların məhsullarının satışına dəstək məqsədilə xüsusi stendlər qurulacaq. Burada KOB-lar tərəfindən istehsal olunan müxtəlif qida məhsullarının, suvenir, hədiyyə, geyimlərin və s. satışı nəzərdə tutulur. Bu əməkdaşlıq həmçinin, Azərbaycan məhsullarının tanıdılması, yerli və xarici futbol azarkeşlərinin və şəhərimizin qonaqlarının oyunlar zamanı müxtəlif xidmətlərdən (alış-veriş, qidalanma və s.) istifadəsinə əlverişli imkan yaradacaq.

Orxan Məmmədov əməkdaşlığa görə sevindiklərini bildirib:

“Kiçik və orta biznes subyektləri açılacaq fan-zonalarda ictimai-iaşə müəssisələrini UEFA standartlarına uyğun qura və məhsullarını təqdim edə bilərlər. Qrup mərhələsinin oyunları 13-21 iyunda keçiriləcək. Ümid edirəm ki, fan-zonalar daha tez açılacaq. Eyni zamanda, Bakı Olimpiya Stadionu ətrafında da belə imkanlar yaradıla bilər. AFFA-ya çağırışımızı müsbət cavablandırdığı üçün minnətdaram”. 

AFFA-nın icraçı vitse-prezidenti və baş katibi Elxan Məmmədov isə bildirib ki, fan-zonalara giriş açıq olacaq:

“Ötən il Avropa Liqasının finalı ilə bağlı Azərbaycana 38 min insan gəlib. İndi isə AVRO-2020 üçün daha çox insanın gələcəyi gözlənilir. Bu, UEFA-nın tədbiri olsa da, fan-zonalarda qiymətlər yüksək olmayacaq. Burada məhsulların satışı Azərbaycan standartlarına uyğun həyata keçiriləcək”. 

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri