19 
Fev
2020
21:00
161
35
13675
Virtual karabakh

Döyüşü yarımçıq saxlanılan idmançımız: “Özünü artistliyə vurmuşdu” - FOTO/VİDEO

19 Fev, 2020
21:00
13675

Döyüşü yarımçıq saxlanılan idmançımız: “Özünü artistliyə vurmuşdu” - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Bəli, Moldovada keçirdiyim görüşüm yarımçıq saxlanıldı. Rəqibim ayağa qalxmadı. Dursaydı, hakim mənim əlimi qaldıracaqdı”.  

Bunu Oxu.Az-a açıqlamasında MMA üzrə döyüşçümüz Mehman Məmmədov deyib.  

Dörd gün əvvəl Moldovanın paytaxtı Kişinyovda keçirilmiş “Eagles Next Level” döyüş gecəsində azərbaycanlı idmançı Mehman Məmmədovla Əfqanıstan döyüşçüsü Nurəddin Həzrət arasında keçirilmiş görüş yarımçıq saxlanılıb.  

Görüşün bitməsinə 3:11 dəqiqə qalmış əfqanıstanlı idmançı yerə yıxılıb və zədələndiyini bildirib. Onu oktaqondan xərəklə aparıblar. Hakimlər isə görüşdə qalibin olmadığını bildiriblər.  

Lakin Mehman Məmmədov saytımıza açıqlamasında sonradan qələbənin ona verildiyini bildirib: “O, uzandı və ayağa qalxmadı. Rəqibimi xəstəxanaya apardılar. Ancaq sonra məlum oldu ki, ona heç nə olmayıb. Özünü artistliyə vurmuşdu. Mənim ayağım heç onun qasıq nahiyəsinə dəyməyib. Hamı, hətta hakimlər də şokda idi. Belə şey olar?!

Hələ sonradan qışqırırdı ki, qələbə onundur. Ayağım ona toxunmur. Videoya baxsanız, görərsiniz ki, əvvəlcə fikirləşir, sonra yerə uzanır. Xəstəxanadan həkim rəyindən sonra təşkilatçılar bu döyüşdə qələbəni sonradan mənə verib. Bunu həmin təşkilatın prezidenti Dorin Damir məşqçim Ruslan Əfəndiyevə də deyib. Buna görə də iyunda mənə kəmər uğrunda döyüş veriləcək”.

Qeyd edək ki, həmin döyüşdə daha iki azərbaycanlı idmançı gücünü sınayıb. Lakin həm Tünzalə İmanlı, həm də Elçin Hüseynov müvafiq olaraq moldovalı və özbəkistanlı rəqiblərinə uduzub.  

Səbuhi Musayev 

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri