20 
Fev
2020
08:58
177
8
2001
Virtual karabakh

İdmançımız Yay Olimpiya Oyunlarına lisenziya əldə etdi

20 Fev, 2020
08:58
2001

İdmançımız Yay Olimpiya Oyunlarına lisenziya əldə etdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Fevralın 19-da Fransanın Lievin şəhərində atletika üzrə “Meeting Hauts de France pas de Calais” beynəlxalq turniri baş tutub.

Oxu.Az xəbər verir ki, yarışda uç təkanla tullanma idmanında Azərbaycanı Nazim Babayev təmsil edib.

17,15 metr məsafəyə tullanan idmançımız yarışın gümüş medalına layiq görülüb.

Yarışda birinci yeri Burkina-Fasonu təmsil edən Yuq Fabris Zanqo (17,51 metr), üçüncü yeri isə kubalı idmançı Xordan Dias (17,07 metr) tutub.

Qeyd edək ki, bu nəticə idmançımıza “Tokio 2020” Yay Olimpiya Oyunlarına lisenziya qazandırıb. Olimpiada üçün keçid nəticə 17,14 metr sayılırdı. Bir santimetr nəticə Nazim Babayevin Olimpiadaya vəsiqə qazanmasına səbəb olub.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri