21 
Fev
2020
10:15
50
15
1428
Virtual karabakh

Çin güləşçiləri karantindən keçmək üçün Serbiyaya göndərildi

21 Fev, 2020
10:15
1428

Çin güləşçiləri karantindən keçmək üçün Serbiyaya göndərildi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Martda Çinin Sian şəhərində keçirilməli olan güləş üzrə Asiya Lisenziya Turniri bu məkanda baş tutmayacaq.

Oxu.Az xəbər verir ki, koronavirus səbəbindən Ümumdünya Güləş Birliyi Çindən təşkilatçılığı alıb.

Təşkilatçılıq isə Qırğızıstanın paytaxtı Bişkekə verilib. Həmin yarış 27-29 mart tarixlərində keçiriləcək.

Həmçinin, bu yarışda Çin güləşçiləri də iştirak edə biləcək. Ancaq onlar yarışdan əvvəl Serbiyanın paytaxtı Belqrada göndərilib. Çünki orada onları geniş karantin prosesi gözləyir. Belqradda olduqları müddətdə Çin idmançıları güləşə aid bütün predmetlərlə və sağlamlıq qidaları ilə təchiz olunacaqlar.

Onu da bildirək ki, Hindistan hökuməti fevralın 18-dən Nai Dili şəhərində keçirilən güləş üzrə Asiya çempionatı üçün ötən həftə Çin güləşçilərinə viza verməkdən imtina edib. 

Bununla belə, Hindistan Badminton Assosiasiyası (HBA) 24-29 mart tarixlərində keçirilicək və Olimpiada üçün lisenziya xalları verəcək “India Open” turnirində Çin və Honkonq idmançılarının iştirakına müsbət yanaşdığını ifadə edib. HBA artıq viza üçün Hindistanın İdman və Xarici İşlər nazirliklərinə müraciət edib.    

Qeyd edək ki, indiyə olan duruma görə, hazırda Çinin beş güləşçisi Olimpiadaya vəsiqə qazanıb.

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri