21 
Fev
2020
11:12
205
11
2525
Virtual karabakh

Pərvin Məmmədov Dünya Kubokunun qalibi oldu - FOTO/VİDEO

21 Fev, 2020
11:12
2525

Pərvin Məmmədov Dünya Kubokunun qalibi oldu - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Parapauerliftinq üzrə Azərbaycan yığması Böyük Britaniyanın Mançester şəhərində keçirilən Dünya Kubokunda ilk mükafatını qazanıb. 

Oxu.Az xəbər verir ki, millimizin heyətində Pərvin Məmmədov çıxışını uğurla başa vurub. 

49 kq çəkidə mübarizə aparan həmyerlimiz 146 kq göstərici ilə qızıl medal qazanıb. İkinci yerə böyük britaniyalı Adam Olderman, üçüncü pilləyə isə yaponiyalı atlet Tetsuo Nisizaki sahib çıxıb.

Hazırda Azərbaycan millisi bir qızıl medalla Dünya Kubokunda üçüncü pillədə qərarlaşıb.

Bu qələbə ilə idmançımız lisenziya xallarını artırıb və Tokio-2020 Yay Paralimpiya Oyunlarına vəsiqə qazanmaq şansını çoxaldıb.

Qeyd edək ki, 20-23 fevral tarixlərində keçirilən cari mövsümün ikinci Dünya Kubokunda dörd idmançımız mübarizə aparır. Yarışda 117 atlet çıxış edir.

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri