21 
Fev
2020
17:03
96
33
4409
Virtual karabakh

AFFA işsiz məşqçiləri milliyə baş məşqçi qoydu

21 Fev, 2020
17:03
4409

AFFA işsiz məşqçiləri milliyə baş məşqçi qoydu

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanın iki yaş qrupu üzrə milli komandalarının baş məşqçisinin adı açıqlanıb.

Oxu.Az xəbər verir ki, 16 (U-16) və 18 (U-18) yaşadək yığmalarımızın yeni çalışdırıcısı müəyyənləşib.

AFFA-nın Məşqçilər Komitəsinin tövsiyəsinə uyğun olaraq, U-18 Elxan Abdullayevə, U-16 isə Aqil Nəbiyevə həvalə olunub.

Qeyd edək ki, Elxan Abdullayevin sonuncu iş yeri “Neftçi” komandası olub. O, 2017-ci ilin avqustun 21-dən işsizdir. Millimizin sabiq futbolçusu Aqil Nəbiyevin son iş yeri isə ötən yay dağılmış I divizion klubu “Şüvəlan” olub.

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri