22 
Fev
2020
05:19
12
54
3042
Virtual karabakh

Uaylder və Fyuri tərəziyə çıxdılar - İdmançılar revanşdan öncə ağırlaşmağa çalışıblar

22 Fev, 2020
05:19
3042

Uaylder və Fyuri tərəziyə çıxdılar - İdmançılar revanşdan öncə ağırlaşmağa çalışıblar

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Las-Veqasda ağır çəkili boksçular Deontey Uaylder və Tayson Fyurinin çəkisinin yoxlanılması proseduru keçirilib. 

Məlum olub ki, boyu 216 santimetr olan Tayson Fyurinin hazırda çəkisi 273 funt və ya 123,8 kq, boyu 201 santimetr olan Deontey Uaylderin çəkisi isə 231 funt və ya 104,4 kq-dır.

Xatırladaq ki, sonuncu yoxlama zamanı Fyuri 116 kq, Uaylder isə 96 kq ağırlığında idilər. Bu isə o deməkdir ki, hər iki idmançı revanşa qədər daha da ağır olmağa çalışıb.

WBC versiyası üzrə çempion adı uğrunda revanş oyunu fevralın 22-də axşam (Bakı vaxtı ilə fevralın 23-də səhər) keçiriləcək.

Uaylder və Fyuri arasında ilk döyüş 2018-ci ilin dekabrın 1-də Los-Ancelesdə keçirilmişdi. 12 raundun nəticələrinə görə hakimlər heç-heçə elan etmişdilər.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri