22 
Fev
2020
21:34
172
63
6979
yuxarı
Messidən qol şousu - VİDEO
Futbol üzrə İspaniya çempionatında bu gün “Barselona” öz meydanında “Eybar”ı qəbul edib.
Görüş Kataloniya klubunun böyük hesablı qələbəsi ilə başa çatıb. “Barselona” rəqibinə beş cavabsız qol vurub. Qolların dördünü komandanın kapitanı Lionel Messi vurub.
“Barselona” - “Eybar” – 5:0
Qollar: Messi, 14, 37, 40, 87, Artur, 89
Qeyd edək ki, çempionatda xalını 55-ə yüksəldən “Barselona” liderliyi ələ keçirib. “Real” 53 xalla 2-ci, “Xetafe” 42 xalla 3-cüdür.
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək