23 
Fev
2020
01:45
244
17
4642
Virtual karabakh

Rüstəm Orucov Almaniyada Azərbaycana ilk medalı qazandırdı

23 Fev, 2020
01:45
4642

Rüstəm Orucov Almaniyada Azərbaycana ilk medalı qazandırdı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan cüdoçusu Rüstəm Orucov Almaniyanın Düsseldorf şəhərində keçirilən “Böyük Dəbilqə” turnirində bürünc medal qazanıb.

Oxu.Az xəbər verir ki, 73 kq çəki dərəcəsində yer alan 28 yaşlı idmançı ardıcıl üçüncü il Düsseldorfda fəxri kürsüyə yüksəlib. Olimpiya mükafatçımız bürünc medal uğrunda görüşdə Sloveniya cüdoçusu Martin Hoyakı məğlub edib. Beləliklə, təcrübəli cüdoçumuz ötən illərdə gümüş və bürünc medal qazandığı Düsseldorfda bu dəfə üçüncü yerə sahib çıxıb.

Bu, Azərbaycan yığmasının “Böyük Dəbilqə”də ilk medalı olub. Bu gün mübarizəyə 81 kq çəki dərəcəsində qoşulan Telman Vəliyev (-73 kq), Hidayət Heydərov və Murad Fətiyev (hər ikisi -81 kq) ilkin mərhələlərdə uduzaraq mübarizəni dayandırıb. İlk yarış günündə isə dörd kişi və dörd qadın cüdoçumuz erkən məğlubiyyətə düçar olub.

Qeyd edək ki, “Böyük Dəbilqə”nin son günündə kişilərdən 90 kq-da Məmmədəli Mehdiyev, 100 kq-da Zelim Kotsoyev ilə Elmar Qasımov, 100 kq-dan yuxarı çəkidə Uşanqi Kokauri, qadınların yarışında isə 78 kq-dan yuxarı çəkidə İrina Kindzerskaya mübarizə aparacaq.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri