24 
Fev
2020
05:39
156
15
3451
Virtual karabakh

Azərbaycan cüdoçuları Almaniyada nüfuzlu yarışda dörd medala sahib olublar – FOTO

24 Fev, 2020
05:39
3451

Azərbaycan cüdoçuları Almaniyada nüfuzlu yarışda dörd medala sahib olublar – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Cüdo üzrə Azərbaycan milli komandası Almaniyanın Düsseldorf şəhərində keçirilən "Böyük Dəbilqə" beynəlxalq turnurində aktivinə daha üç medal yazdırıb.

Azərbaycan Cüdo Federasiyasından verilən məlumata əsasən, Elmar Qasımov (-100 kq) və İrina Kindzerska (+78 kq) gümüş, Zelim Kotsoyev (-100 kq) isə bürünc medala sahib olub. Beləliklə Azərbaycan cüdoçuları Almaniya yarışını dörd medalla başa vurublar.

Xatırladaq ki, "Böyük Dəbilqə"nin ikinci günündə Rüstəm Orucov (-73 kq) bürünc medala layiq görülüb. Milli komandamız medalların əyarına görə 115 ölkə arasında ümumi komanda hesabında altıncı, qadınların yarışında beşinci, kişilər arasında isə dördüncü yeri tutub.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri