24 
Fev
2020
10:28
100
33
3987
Virtual karabakh

“Mançester Yunayted”in əfsanəvi futbolçusu Bakıda - FOTO

24 Fev, 2020
10:28
3987

“Mançester Yunayted”in əfsanəvi futbolçusu Bakıda - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

AVRO-2020-nin A qrupunda Türkiyə və İsveçrə millilərinə qarşı oyunlarını Bakı Olimpiya Stadionunda keçirəcək Uels milli komandasının nümayəndələri Bakıda səfərdədir. 

Oxu.Az xəbər verir ki, “Mançester Yunayted”in əfsanəvi futbolçusu, Uels millisinin hazırkı baş məşqçisi Rayan Qiqz, Media və Marketinq meneceri Yan Quiyn Hyucz, Təhlükəsizlik departamentinin rəisi Qrant Eşton Briqz və kit menecer Deyvid Tyudor Qrifitsin daxil olduğu nümayəndə heyəti hotellərə və stadionlara baxış keçirəcək, infrastrukturla tanış olacaq.

AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov Uels millisinin baş məşqçisi Rayan Qiqzlə görüşüb. Görüşdə AVRO-2020-nin Bakıda keçiriləcək oyunları ilə bağlı fikir mübadiləsi aparılıb, qarşılaşmaların yüksək səviyyədə təşkil olunacağına əminlik ifadə olunub.

Xatırladaq ki, Elxan Məmmədov bir müddət əvvəl Bakıda səfərdə olmuş Türkiyə millisinin baş məşqçisi Şenol Güneşlə də görüşmüşdü.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri