24 
Fev
2020
12:13
114
13
2325
Virtual karabakh

Sərbəst güləşçilərimiz Macarıstandakı lisenziya turnirinə belə ağır məşqlərlə hazırlaşır - VİDEO

24 Fev, 2020
12:13
2325

Sərbəst güləşçilərimiz Macarıstandakı lisenziya turnirinə belə ağır məşqlərlə hazırlaşır - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Xəbər verdiyimiz kimi, sərbəst güləş üzrə yığmamız Rusiyanın Kislovodsk şəhərində təlim-məşq toplanışı keçir.

Oxu.Az xəbər verir ki, İtaliyanın paytaxtı Romada keçirilən Avropa çempionatından dərhal sonra qonşu ölkədə hazırlıq prosesinə start verən yığmamızın tərkibində olimpiya çəkilərində çıxış edən güləşçilər yer alıb. 

Azərbaycan Güləş Federasiyasının sərbəst güləş üzrə vitse-prezidenti Firdovsi Umudov, baş məşqçi əvəzi Zəlimxan Hüseynov və məşqçi Arif Abdullayevin rəhbərliyi altında baş tutan toplanış fevralın 29-dək davam edəcək.

Özbəkistan və Türkiyə komandalarının da iştirak etdiyi toplanışın keçirilməsində əsas məqsəd fiziki hazırlığın yüksəldilməsidir.

Qeyd edək ki, toplanış martın 19-dan 22-dək Macarıstanın paytaxtı Budapeştdə təşkil olunacaq Avropa Olimpiya Təsnifat turnirinə hazırlıq xarakteri daşıyır.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri