25 
Fev
2020
12:52
44
23
3853
Virtual karabakh

Azərbaycanın ən intizamsız futbol klubunun adı açıqlandı

25 Fev, 2020
12:52
3853

Azərbaycanın ən intizamsız futbol klubunun adı açıqlandı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Dünyanın ən intizamlı və intizamsız futbol klublarının siyahısı açıqlanıb.

Oxu.Az xəbər verir ki, araşdırmalara 92 ölkənin yüksək liqasında çıxış edən 1279 klubun göstəriciləri daxil edilib.

Yaz-payız sistemi ilə keçirilən liqalarda 2019, payız-yaz sistemi ilə təşkil olunan yarışlarda 2019/20 mövsümünün fevralın 17-nə qədər keçirilən oyunlarındakı vərəqələr hesablanıb. Azərbaycan Premyer Liqasında çıxış edən səkkiz komanda da siyahıda yer alıb.

Ölkəmizin ən intizamsız klubu “Sumqayıt”dır. Bu komanda dünyanın 22-ci, Avropanın 7-ci ən intizamsız komandasıdır – hər oyuna 3,65 (0,18 qırmızı + 3,47 sarı) vərəqə. Daha iki təmsilçimiz “100-lük”də yer alıb. Siyahıda “Qəbələ” 57-ci (3,47 vərəqə: 0,24 qırmızı + 3,23 sarı), “Zirə” 96-cıdır (3,29 vərəqə: 0,18 qırmızı + 3,11 sarı).

“Neftçi” və “Keşlə” eyni göstərici (2,82 vərəqə: 0,18 qırmızı + 2,64 sarı) ilə 288-289-cu yerlərdə qərarlaşıb. “Sabah” (2,76 vərəqə: 0,18 qırmızı + 2,58 sarı) 323-cü, “Səbail” (2,35 vərəqə: 0,12 qırmızı + 2,23 sarı) 622-ci yerdədir. Azərbaycanın ən intizamlı klubu olan “Qarabağ” (2,00 vərəqə: 0,06 qırmızı + 1,94 sarı) intizamsızlıqda 911-cidir.

Bu göstərici ilə Azərbaycan Premyer Liqası dünyada 12-ci yerdədir. İlk üç sırada müvafiq olaraq Boliviya, Uruqvay və Qvatemala çempionatı gedir.

Qeyd edək ki, ən intizamsız Uruqvay təmsilçisi “Montevideo Uonderers” (4,05 vərəqə: 0,32 qırmızı + 3,73 sarı), intizamlı isə Yaponiya klubu “Tokio”dur (0,85 vərəqə: 0,00 qırmızı + 0,85 sarı).

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri