25 
Fev
2020
17:01
115
25
1980
Virtual karabakh

Yunan-Roma güləşi üzrə yığmamız ruslarla birgə lisenziya turnirinə hazırlaşır - VİDEO

25 Fev, 2020
17:01
1980

Yunan-Roma güləşi üzrə yığmamız ruslarla birgə lisenziya turnirinə hazırlaşır - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Yunan-Roma güləşi üzrə yığmamız Avropa Olimpiya Təsnifat turnirinə hazırlığı davam etdirir.

Oxu.Az xəbər verir ki, fevralın 19-dan Olimpiya Güləş Mərkəzində təlim-məşq toplanışına start verən millimiz martın 2-dək, əsasən, fiziki hazırlığın yüksəldilməsi istiqamətində çalışmaları həyata keçirəcək. 

Təlim-məşq toplanışı Azərbaycan Güləş Federasiyasının yunan-Roma güləşi üzrə vitse-prezidenti Elçin Cəfərovun nəzarəti, baş məşqçi Aleksandr Tarakanov, böyük məşqçi Rövşən Bayramov və məşqçi Akif Əliyevin rəhbərliyi altında baş tutur.

Hazırlıq prosesində Rusiyadan dəvət olunmuş bir neçə güləşçi də iştirak edir. Onlar güləşçilərimizin sınaqçı-rəqibi kimi toplanışa qatılıb.

Xatırladaq ki, bu ilin ilk lisenziya yarışı martın 19-dan 22-dək Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri