25 
Fev
2020
17:41
48
11
1871
Virtual karabakh

AFFA yarımçıq qalmış matçla bağlı qərar verdi

25 Fev, 2020
17:41
1871

AFFA yarımçıq qalmış matçla bağlı qərar verdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Futzal üzrə Azərbaycan çempionatının Yüksək Liqasında baş verənlər AFFA-nın İntizam Komitəsində müzakirə olunub.

Oxu.Az xəbər verir ki, komitə üç oyunla bağlı qərar verib.

“Marafon” – “Araz” matçı futzal qaydalarının hakimlər tərəfindən düzgün tətbiq olunmaması səbəbindən yarımçıq dayandırılıb. Aparılan müzakirələrdən sonra qarşılaşmanın yenidən keçirilməsi məqsədəuyğun sayılıb.

Eyni zamanda, oyunun gedişində qovulma ilə nəticələnən qərarlar – Rəşid Qulipur (“Marafon”, qırmızı vərəqə) və Elşad Quliyev (“Marafon”, baş məşqçi, qırmızı vərəqə) eləcə də digər intizam sanksiyaları qüvvədə saxlanılıb. Qırmızı vərəqə alanların bir oyunluq cəzası növbəti təqvim matçına şamil edilib.

“Bakı” – EKOL görüşündə qonaq komandanın yaş limitinə uyğun futzalçısı Babək Abbasov iştirak etməyib. Onun səhhəti ilə bağlı problemi yarandığı nəzərə alınaraq, komandaya ciddi xəbərdarlıq edilib. Komandadan analoji hərəkətə növbəti dəfə yol verməməsi tələb olunub.

Ötən gün keçirilməli olan “Yasamal” – “Premyer” matçında Quba təmsilçisi vaxtında meydana çıxmayıb. Bu səbəbdən əyalət klubuna 0:5 hesablı məğlubiyyət verilib.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri