27 
Fev
2020
01:57
100
32
8288
Virtual karabakh

Çempionlar Liqasında sensasiya: Turnirin favoritləri məğlub oldu - FOTO/VİDEO

27 Fev, 2020
01:57
8288

Çempionlar Liqasında sensasiya: Turnirin favoritləri məğlub oldu - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün Çempionlar Liqasında 1/8 finalın ilk oyunlarına yekun vurulub.

Oxu.Az xəbər verir ki, son oyun günündə iki görüş keçirilib. Gecənin əsas qarşılaşması “Real”la “Mançester Siti” arasındakı matç hesab olunurdu.

Günün digər qarşılaşmasında isə “Yuventus” “Lion”un  qonağı olub. 

Madrid klubu doğma azarkeşlər önündə oyunun sonuna yaxın qələbəni əldən verib. 

Lion şəhərində baş tutan oyunda isə sensasiya baş verib. Turnirin əsas favoritlərindən biri hesab olunan “Yuventus” klubu məğlub olub. 

 “Real” (İspaniya) - “Mançester Siti” (İngiltərə) – 1:2
  Qol: İsko, 60 (1:0), Qabriel Jezus, 78 (1:1), Kevin de Bröyne, 82 (1:2)

 “Lion” (Fransa) - “Yuventus” (İtaliya) – 1:0 
  Qol: Lüka Tuzar, 31

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri