28 
Fev
2020
23:15
222
26
4844
Virtual karabakh

Azərbaycanlı karateçi Avstriyada finala çıxdı

28 Fev, 2020
23:15
4844

Azərbaycanlı karateçi Avstriyada finala çıxdı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Avstriyanın Zalsburq şəhərində Karate1 Premyer Liqa turnirinə start verilib.  

Oxu.Az xəbər verir ki, yarışın ilk günü kumite çıxışlarında Firdovsi Fərzəliyev (-60 kq), Rafiz Həsənov, Tural Ağalarzadə (hər ikisi -67 kq), Rafael Ağayev (-75 kq), Nuranə Əliyeva (-50 kq) və İlahə Qasımova (-55 kq) mübarizə aparıb.  

Bu idmançılardan yalnız biri medal qazanıb. Həmin karateçi ən azı gümüş medalı özünə təmin etmiş Rafiz Həsənovdur.  

Cari mövsümün Paris Premyer Liqa yarışında bürünc medal qazanmış Rafiz Həsənov bu dəfə finala yüksəlib. O, Mussa Bexultanı (Qazaxıstan) 10:2, Devid Nquyeni (Belarus) 2:0, Tomas Kazereri (Avstriya) 5:0 və Burak Uyquru (Türkiyə) 6:2 hesabı ilə yenərək finalda iştirak hüququ əldə edib.  

Onun final görüşü 2015-ci ilin Avropa çempionu və II Avropa Oyunlarının qalibi, italiyalı Luka Mareskaya qarşı olacaq. Həlledici döyüş martın 1-də baş tutacaq.  

Beşqat dünya çempionumuz Rafael Ağayev isə Qleb Saçkovskini (Belarus) və Dastanbəy Atabalayevi (Qazaxıstan) mübarizədən kənarlaşdırsa da, Ərman Eltemura (Türkiyə) 3:4 hesabı ilə uduzub. Eltemur isə yarımfinalda uduzduğundan, Rafaelin bu yarışdan medal qazanmaq şansı qalmayıb.  

Qeyd edək ki, mövsümün üçüncü mərhələsində ümumilikdə 14 karateçimiz mübarizə aparır.  

Səbuhi Musayev 

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri