16 
Mar
2020
12:15
199
26
7545
Virtual karabakh

Zabit Səmədovun döyüşü təxirə salındı - VİDEO

16 Mar, 2020
12:15
7545

Zabit Səmədovun döyüşü təxirə salındı - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanın tanınmış kikboksçusu, K-1 döyüşçüsü Zabit Səmədovun Bakıda keçirəcəyi idmançı karyerasının son döyüşü təxirə salınıb.

Oxu.Az-ın xəbərinə görə, Heydər Əliyev adına İdman-Konsert Kompleksində aprelin 11-nə planlaşdırılmış döyüş ölkədə koronavirusla bağlı xüsusi rejimin tətbiq olunması ilə bağlı nəzərdə tutulmuş tarixdə baş tutmayacaq.

Döyüşün vaxtı Nazirlər Kabineti yanında operativ qərargahın bir ay müddətinə ölkədə idman yarışlarının keçirilməsinin təxirə salınması ilə bağlı qərarından sonra qeyri-müəyyən müddətədək uzadılıb. Bu barədə döyüşün digər iştirakçısı, ingilis Ceyms MakSvininin menecerinə də məlumat verilib.

Xatırladaq ki, MMA və kikboksinq döyüşçüsü olan Ceyms MakSvini 2018-ci ilin yanvarında Türkiyənin İzmir şəhərində keçirilən “Mix Fight Championship” döyüş gecəsində Zabit Səmədova meydan oxuyub. O, rinqə çıxaraq idmançımıza döyüşə çıxmağı təklif edib.

Zabit isə onun yanına gələrək “Bu şəxsin kim olduğunu bilmirəm, amma qarşılaşmada çox pis vəziyyətdə məğlub olacaq” deyib. O daha sonra pərt vəziyyətdə rinqi tərk edən rəqibini nəzərdə tutaraq “bunun kimi çempionları biz çox görmüşük” deyib və bu, tribunalara toplaşmış türkiyəli azarkeşləri coşdurub.

Bu döyüş ilkin olaraq 2018-ci ilin aprelində Almaniyada keçirilməli olsa da, nədənsə həmin tarixdə döyüş baş tutmayıb. 

İrlandiyada doğulmuş “Çəkic” ləqəbli, 39 yaşlı Ceyms MakSvini kikboksinqdə indiyədək 53 döyüşdən 46-da qələbə qazanıb və yeddi görüşdə uduzub. O, ötən il “Mix Fight Championship”in final görüşündə məğlub olaraq, ikinci olub.

Gürcüstanda doğulmuş “Mouqli” ləqəbli, 35 yaşlı Zabit Səmədov isə kikboksinqdə indiyədək 111 görüş keçirib. O bunlardan 101-də qələbə qazanıb və doqquz döyüşdə uduzub. Zabitin bir görüşü isə heç-heçə başa çatıb.

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri