23 
Mar
2020
15:02
36
159
2283
Virtual karabakh

Virusa yoluxmuş şəxslərlə şəkil çəkdirmiş dünya çempionu test verməkdən imtina etdi

23 Mar, 2020
15:02
2283

Virusa yoluxmuş şəxslərlə şəkil çəkdirmiş dünya çempionu test verməkdən imtina etdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Formula-1” üzrə altıqat dünya çempionu Luis Hamilton koronavirusa görə test verməkdən imtina edib.

Oxu.Az xəbər verir ki, virusa yoluxmuş ingiltərəli aktyor İdris Elba və Kanadanın Baş naziri Castin Trüdonun həyat yoldaşı Sofi ilə şəkil çəkdirmiş britaniyalı pilotun da yoluxduğu ehtimal edilir. Lakin 35 yaşlı pilot test verməkdən imtina edib və səbəbini belə izah edib:

“İstədim ki, məndə hər şeyin yaxşı olduğunu biləsiniz. Özümü sağlam hiss edirəm və gündə iki dəfə məşq edirəm.

Məndə virusun sıfır simptomları var. Sofi və İdrisi görməyimdən 17 gün keçib. İdrislə əlaqə saxlamışam. Sevindim ki, o da qaydasındadır.

Öz həkimimlə danışmışam. İki dəfə özümü ona göstərib testə ehtiyacımın olub-olmadığını soruşmuşam. Hazırda məhdud sayda testlər var. Məndən çox digər insanların buna ehtiyacı var. Məndə isə hər hansısa simptom görünmür”.

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri