24 
Mar
2020
01:37
91
371
6819
Virtual karabakh

Fatih Terimin köməkçilərindən açıqlama: “Biz koronavirusa yoluxmamışıq” - YENİLƏNİB - VİDEO

24 Mar, 2020
01:37
6819

Fatih Terimin köməkçilərindən açıqlama: “Biz koronavirusa yoluxmamışıq” - YENİLƏNİB - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Qalatasaray”ın köməkçi məşqçiləri Ümit Davala və Hasan Şaşın koronavirusa yoluxması təsdiqlənməyib.

Oxu.Az xəbər verir ki, gənc mütəxəssislərin, eyni zamanda futbolçuların testi mənfi nəticə verib.

Hazırda karantində olan “Qalatasaray”ın məşqçilərinin koronavirusa yoluxmadıqları bildirilir. Ümit Davala sosial şəbəkədəki profilindən “Koronavirus testimin müsbət çıxmasına dair xəbərlər həqiqəti əks etdirmir”, – deyə bildirib.

Hasan Şaş isə paylaşımında “Olduqca yaxşıyam. Testlərim normal çıxdı. Yeni uğurlarda görüşərik”, – deyə qeyd edib.

Qeyd edək ki, "Qalatasaray"ın vitse-prezidenti Abdurrahim Albayrak və baş məşqçisi Fatih Terim koronavirus xəstəliyinə yoluxub.

23:53

“Qalatasaray” futbol klubunda daha üç nəfərdə koronavirusa yoluxma faktı aşkarlanıb.

“Haber Global”ın məlumatına görə, komandanın iki məşqçisi və bir oyunçusunda koronavirusa yoluxma təsdiqlənib. Onlar Ümit Davala, Hasan Şaş və hələlik adı açıqlanmayan bir futbolçudur. 

Məlumatda hər üçünün artıq karantinə alındığı deyilir. 

Xatırladaq ki, bundan öncə “Qalatasaray”ın vitse-prezidenti Abdurrahim Albayrakda və baş məşqçi Fatih Terimdə koronavirus aşkarlanmışdı.

 

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri