24 
Mar
2020
12:39
135
39
3250
Virtual karabakh

Gənclər və İdman Nazirliyi də koronavirusla mübarizəyə pul ayırdı

24 Mar, 2020
12:39
3250

Gənclər və İdman Nazirliyi də koronavirusla mübarizəyə pul ayırdı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə ayıran qurumların sırasına qoşulub.

Oxu.Az-a qurumun mətbuat xidmətindən verilən məlumata görə, nazirlik bütün dünyanı narahat edən koronavirus (COVID-19) infeksiyası ilə mübarizədə ölkə əhalisinin sağlamlığının qorunması, yoluxma hallarının qarşısının alınması istiqamətində dövlətimiz tərəfindən həyata keçirilən tədbirləri dəstəkləyir. 

Nazirlik Prezident İlham Əliyevin təşəbbüsünə qoşularaq, ölkə başçısının 2020-ci il 19 mart tarixli Fərmanı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna əməkdaşlarının əmək haqlarının bir hissəsini – 30 min manat məbləğində vəsait köçürüb.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri