24 
Mar
2020
13:28
170
37
1967
Virtual karabakh

Milli Paralimpiya Komitəsinin rəhbərliyi koronavirusla mübarizəyə bir aylıq əmək haqqını ayırdı

24 Mar, 2020
13:28
1967

Milli Paralimpiya Komitəsinin rəhbərliyi koronavirusla mübarizəyə bir aylıq əmək haqqını ayırdı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsi də Koronavirusla Mübarizəyə Dəstək Fonduna pul köçürüb.

Oxu.Az-a verilən xəbərə görə, Azərbaycanda ölkə ictimaiyyəti koronavirus infeksiyası ilə mübarizə tədbirlərinin gücləndirilməsi məqsədilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna könüllü ianələr edir.

Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin rəhbərliyi də bir aylıq əmək haqqını Fonda köçürüb. Komitənin prezidenti İlqar Rəhimov, vitse-prezidentlər İlham Zəkiyev, Yaşar Hacıyev və baş katib Kamal Məmmədovun bir aylıq əmək haqqı sözügedən Fonda ianə edilib.

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri