25 
Mar
2020
16:44
90
39
1764
Virtual karabakh

Bakıda təxirə salınan turnirin yeni vaxtı müəyyənləşəcək

25 Mar, 2020
16:44
1764

Bakıda təxirə salınan turnirin yeni vaxtı müəyyənləşəcək

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Məlum olduğu kimi, Tokio-2020 Yay Olimpiya və Paralimpiya Oyunları 2021-ci ilə təxirə salınıb.

Oxu.Az xəbər verir ki, Milli Paralimpiya Komitəsi tərəfindən komandaların üzvlərinin sağlamlıqlarının qorunması və təhlükəsizliyi, idmançıların hazırlıq formalarının yüksək səviyyədə saxlanılması, maddi-texniki bazanın gücləndirilməsi, ölkədaxili tədbir və yarışların vaxtının dəyişdirilməsi, idman növləri üzrə təlim-məşq toplanışlarının təşkili və Komitənin ümumi fəaliyyəti ilə bağlı əvvəlki tədbirlər planına dəyişikliklər edilib və bu barədə Komitə prezidenti İlqar Rəhimov tərəfindən müvafiq əmr imzalanıb.

Tədbirlər planına əsasən:

1. 2021-ci ildə keçiriləcək Yay Paralimpiya Oyunlarına qalan müddətdə yenilənmiş fəaliyyət planına uyğun olaraq işlər davam etdirilməli;

2. Milli komandanın bütün üzvləri karantin müddəti ərzində fiziki formada qalmaları üçün baş və şəxsi məşqçilərin tövsiyələrinə uyğun olaraq məşqləri evdə davam etdirməli;

3. Paralimpiya Oyunlarına hazırlıqların səmərəli keçirilməsi və yeni idman növlərinin inkişafı üçün tələb olunan idman ləvazimatı və avadanlıqlarla təmin olunması məqsədilə maddi-texniki baza gücləndirilməli;

4. Karantin müddətində idmançıların səhhəti öncədən yoxlanılıb testdən keçirildikdən sonra xüsusi şəraitdə, nəzarət altında təlim-məşq toplanışları davam etdirilməli;

5. Karantin müddəti bitdikdən sonra ölkə daxilində idman növləri üzrə təlim-məşq toplanışları təşkil edilməli, baş məşqçilərə, xüsusən Paralimpiya Oyunlarında iştirakı ehtimal olunan idman növləri üzrə baş məşqçilərə yeni təlim-məşq toplanışlarının proqramı hazırlanmalı;

6. Mövcud vəziyyətlə əlaqədar olaraq 12-13 may 2020-ci il tarixlərində keçirilməsi təxirə salınan “IBSA JUDO GRAND PRIX BAKU 2020” və ölkədaxili digər yarışların yeni tarixləri müəyyən edilməli;

7. Yaponiyanın Sika şəhərində 10-18 avqust 2020-ci il tarixlərində Yay Paralimpiya Oyunlarında iştirak edəcək idmançılar üçün təlim-məşq toplanışının yeni tarixləri müəyyən edilməli;

8. Yeni tədbirlər planına uyğun olaraq maliyyə proqramı dəqiqləşdirilməli;

9. Beynəlxalq Paralimpiya Komitəsi və müvafiq beynəlxalq idman federasiyaları ilə işlər əlaqələndirilməli, qurulmuş beynəlxalq əlaqələr saxlanılmalı və yeni əlaqələr qurulmadır.

Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov isə bunları bildirib: “Paralimpiyaçıların bir araya gəlməsi və bu çətin vaxtda bir-birinə dəstək olmaları çox vacibdir. Onlar ruhdan düşməməli və daha da ciddi hazırlaşmalıdırlar. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin pandemiyanın ölkəmizdə tezliklə səngiməsi barədə verdiyi tapşırıqlara əsasən, hökumət bütün lazımi tədbirləri görür. Bizim işimiz isə Paralimpiya Komitəsi olaraq işimizi davam etdirmək, Oyunlara hazırlıq imkanlarını artırmaq və Paralimpiya Oyunlarında ölkəmizi layiqincə təmsil etməkdir”.

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri