26 
Mar
2020
12:26
142
14
1942
Virtual karabakh

FIDE Teymur Rəcəbovun imtina etdiyi turniri dayandırmalı oldu - VİDEO

26 Mar, 2020
12:26
1942

FIDE Teymur Rəcəbovun imtina etdiyi turniri dayandırmalı oldu - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Beynəlxalq Şahmat Federasiyası (FIDE) Rusiyanın Yekaterinburq şəhərində keçirilən İddiaçılar Turnirini dayandırıb.

Oxu.Az xəbər verir ki, Rusiya hökuməti sabahdan etibarən digər ölkələrlə hava nəqliyyatını dayandırmaq barədə qərar verib.

Dünya şöhrətli şahmatçıların və rəsmilərin evlərinə qayıda bilməsi üçün FIDE yeddi turun nəticələrini etibarlı hesab etməklə yarışı dayandırıb. Yarış daha sonra VIII turdan etibarən davam etdiriləcək.

Bunun üçün yeni tarix daha sonra müəyyənləşdiriləcək. İlk yeddi turun nəticəsinə əsasən səkkiz şahmatçının iştirak etdiyi yarışda Maksim Vaşye-Laqrav (Fransa) və Yan Nepomnyaşi (Rusiya) 4,5 xalla liderdir.

Qeyd edək ki, azərbaycanlı şahmatçı Teymur Rəcəbov daha əvvəl koronavirus səbəbindən bu turnirdə iştirak etməkdən imtina edib. Onu Maksim Vaşye-Laqrav əvəzləmişdi.

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri