27 
Mar
2020
13:53
221
46
2162
Virtual karabakh

Hacı Əliyev: “Olimpiadanın təxirə salınması yaxşı oldu”

“Olimpiadanın təxirə salınmasına çox pis oluram. Çünki dörd ildir ki, bu turnirə hazırlaşırdıq. Amma fikrimcə, bu, düzgün qərardır. Koronavirusdan bütün dünya əziyyət çəkir və buna görə günahlı-günahsız insanlar vəfat edir. Allahdan başda Azərbaycan olmaqla, bütün dünyanı bu bəladan qorumağı diləyirəm. Sonadək səbirli olub, virusa qarşı mübarizə aparmaq lazımdır”.

Bunu Oxu.Az-a sərbəst güləş üzrə Olimpiya mükafatçımız, üçqat dünya və üçqat Avropa çempionumuz Hacı Əliyev deyib.

O, üç gün əvvəl Tokio Olimpiadasının bir il müddətinə təxirə salınmasına münasibət bildirib:

“Düzdür, Olimpiadaya lisenziya qazanmamışdım. Mən də istərdim ki, lisenziyam olsun. Lisenziya üçün də düzgün məşq etmək, hazırlaşmaq lazımdır. Bu gün karantin rejimindəyik. Məşq edə bilmirik. Hazırlaşmadan necə Olimpiadaya lisenziya turnirlərində çıxış edəcəkdik ki?! Gərək hazır olaq ki, gedib yaxşı güləşək.

Ona görə də, Olimpiadanın təxirə salınması yaxşı oldu. Hər işdə bir xeyir var. Bu qərarla bizə vaxt verildi ki, daha da yaxşı hazırlaşaq. Belə çətinlikdə Olimpiadada çıxış etmək yaxşı olmazdı”.

Gələn ay 29 yaşını qeyd edəcək idmançımız karyerasını bitirməklə bağlı qərarını ertələdiyini bildirib:

“Doğrudur, demişdim ki, Olimpiya Oyunlarından sonra karyeramı bitirəcəyəm. Demək ki, bizim güləşimiz hələ davam edəcək. Qismətdə yubiley yaşımda – 30-da karyeramı bitirmək varmış”.

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri