28 
Mar
2020
11:17
120
51
1673
Virtual karabakh

Olimpiya Oyunları sentyabrda keçirilə bilər

28 Mar, 2020
11:17
1673

Olimpiya Oyunları sentyabrda keçirilə bilər

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Tokio-2020 Yay Olimpiya Oyunları payız ayı olan sentyabrda keçirilə bilər.

Oxu.Az xəbər verir ki, Təşkilat Komitəsinin sədri Yosiro Mori Olimpiya Oyunlarının hansı tarixdə keçirilməsinin məqsədəuyğun olduğunu bildirib: 

“Hesab edirəm ki, Olimpiadanın keçirilmə tarixi üçün iyundan sentyabra qədər olan dövr barədə düşünmək daha yaxşı olardı. Ümid edirəm ki, gələn həftə bu məsələ ilə bağlı hansısa qərar qəbul edə biləcəyik”.

Qeyd edək ki, 2020-ci il iyulun 24-dən avqustun 9-dək keçirilməli olan Tokio-2020 koronavirus pandemiyası səbəbindən 2021-ci ilə təxirə salınıb. Lakin onun 2021-ci ilin hansı tarixində keçiriləcəyi hələ açıqlanmayıb.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri