29 
Mar
2020
08:00
127
67
4925
Virtual karabakh

Mövsümün ən çox qazanan futbolçuları – TOP 10

Dünya futbolunun üç əsas ulduzu - argentinalı Lionel Messi, portuqaliyalı Kriştianu Ronaldu və braziliyalı Neymar ən çox qazanan oyunçuların siyahısına başçılıq edir. Qeyd etmək lazımdır ki, hər üç oyunçu ən zəngin futbolçuların reytinqində 2013-cü ildən bəri həmişə yer alıb.

2019-2020-ci il mövsümündə ən çox qazanan İspaniyanın “Barselona” klubunun kapitanı Messi olub. Belə ki, mövsüm ərzində onun sərvəti 131 milyon avro artıb. Qazancı hesablanarkən futbolçunun ümumi əmək haqqı, oyun bonusları və reklam müqavilələrindən əldə etdiyi bütün mümkün gəlirləri nəzərə alınıb.

“France Football” nəşrinin məlumatına əsasən, İtaliyanın “Yuventus” klubunun portuqaliyalı forvardı Kriştianu Ronaldu il ərzində 118 mln avro qazanacaq. Fransanın “Pari Sen-Jermen” komandasının tərkibində oynayan Neymar isə 95 mln avro qazanmaqla üçüncü pillədədir.

“Real”ın iki oyunçusu da TOP 10-luqda yer alıb. Belə ki, uelsli Qaret Beyl 38,7 mln avro qazancla dördüncü və belçikalı Eden Azar 38 mln avro ilə altıncı pillədə qərarlaşıb. Beşinci yerdə isə “Barselona”nın 38,5 mln avro qazanan fransız oyunçusu Antuan Qrizmannın adı çəkilir.

Ən çox qazananların onluğunda hazırda Yaponiyanın “Vissel Kobe” klubunun tərkibində çıxış edən “Barselona”nın veteranı Andres İnyesta (34 mln avro), eləcə də ingilis Rahim Sterlinq (“Mançester Siti”, 33 mln avro), polşalı Robert Levandovski (Münhen “Bavariya”sı, 29 mln avro) və fransız Kilian Mbappe (“Pari Sen-Jermen”, 27 mln avro) də yer alıblar.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri