30 
Mar
2020
12:32
54
86
4520
Virtual karabakh

Hamını evdə qalmağa çağıran futbolçu şənliyə yollandı və... - FOTO

30 Mar, 2020
12:32
4520

Hamını evdə qalmağa çağıran futbolçu şənliyə yollandı və... - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İngiltərənin “Aston Villa” klubunun yarımmüdafiəçisi Cek Qriliş xoşagəlməz halla üzləşib.

“24tv” xəbər verir ki, futbolçu “Instagram” səhifəsində koronavirusla mübarizə çərçivəsində karantinin qaydalarına riayət etmək və evdə qalmaq haqqında çağırış edib.

Lakin müraciətdən bir neçə saat sonra futbolçu özü karantin qaydalarını pozaraq, komanda yoldaşı Ross Makkormakın evinə yollanıb. Yolda idarə etdiyi “Range Rover” avtomobili ilə qəza törədən 24 yaşlı futbolçu xoşagəlməz vəziyyətə düşüb.

Azarkeşlər futbolçunu məsuliyyətsizlikdə günahlandırıblar. Klub rəhbərliyi isə karantin qaydalarını pozan futbolçuya qarşı cəza tədbirlərinin tətbiq olunacağını elan edib.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri