Apr
2020
11:34
188
24
1283
Virtual karabakh

“Qalatasaray”ın vitse-prezidenti xəstəxanadan evə buraxıldı

1 Apr, 2020
11:34
1283

“Qalatasaray”ın vitse-prezidenti xəstəxanadan evə buraxıldı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Qalatasaray”ın vitse-prezidenti Abdurrahim Albayrak xəstəxanadan evə buraxılıb.

Oxu.Az xəbər verir ki, bu barədə o, şəxsi “Twitter” hesabında məlumat yayıb.

Albayrak bildirib ki, 14 gün ərzində koronavirus səbəbindən yatdığı xəstəxanada müalicə alıb və indi müalicəsini evdə davam etdirəcək.

Xatırladaq ki, martın 18-də Abdurrahim Albayrak koronavirus şübhəsi ilə xəstəxanaya yerləşdirilmişdi. Onun həyat yoldaşı Şükran Albayrak və oğlu Hikmət Albayrakın test nəticələri də müsbət çıxmışdı. Ancaq Hikmət daha sonra özünü yaxşı hiss etdiyini bildirmişdi.

Qeyd edək ki, “Qalatasaray”ın virusa yoluxmuş baş məşqçisi Fatih Terim və klub prezidentinin köməkçisi Yusuf Günay iki gün əvvəl xəstəxanadan evə buraxılıblar.

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri