Apr
2020
15:06
133
44
3355
Virtual karabakh

“Görünməyən qəhrəman” karantin rejimindəki xidmətindən danışdı - FOTO/VİDEO

2 Apr, 2020
15:06
3355

“Görünməyən qəhrəman” karantin rejimindəki xidmətindən danışdı - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Avropa çempionatına gedəcək yığma üzvlərinin müəyyənləşməsi üçün Azərbaycan çempionatında iştirak etməli idim. Bu səbəbdən də işdən icazəm vardı. Amma bütün idman yarışları təxirə düşdükdən sonra martın 16-dan işə çıxmalı oldum.

Həmin vaxtdan bizə tapşırıq gəldi ki, ölkə xaricindən qayıdanların karantin rejimində saxlanılmasına nəzarət edəcəyik. Mən “Qafqaz” hotelində karantində xidmət edirəm”.

Bunu Oxu.Az-a Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin leytenantı, pauerliftinq idmanı üzrə dünya və Avropa çempionu Rövşən Xəlilov bildirib.

Pauerliftinqdə öz çəki dərəcəsində dünya və Avropa rekordçusu olan Rövşən Xəlilov indi də vətən qarşısında xidmətini xilasedici qismində davam etdirir. O, karantin rejimində çalışdığı hoteldə gördükləri işlərdən danışıb:

“Buradakı bütün zabitlərin işi karantinə yerləşdirilən şəxslərin və həkimlərin mühafizəsini, onların qidalanmasını təmin etməkdir. Karantinə alınmış şəxslər otaqdan bizim icazəmiz olmadan çıxmamalıdırlar. Hər gün həkimlər tərəfindən karantinə alınmış şəxslərin temperaturu ölçülür. Bir sözlə, həkimlərlə birgə gecə-gündüz xidmət edirik. Şənbə və bazar günləri də işləyirik. İş rejimi iki növbəli təşkil olunur. Axşam saat 20:00-dan səhər 9:00-a qədər bir növbə, səhər saat 9:00-dan axşam 20:00-a kimi də digər növbə nəzarət edir”.

O bildirib ki, işlədikləri məkanda indiyədək koronavirusa yoluxan şəxs tapılmayıb:

“Həkimlərlə bərabər, karantin dövründə biz də həmin ağ geyimlərdən istifadə edirik. İndiyədək xidmətimizdə heç bir problem olmayıb. Karantində olan şəxslər onlara göstərdiyimiz qulluğa görə, bizi “görünməyən qəhrəmanlar” adlandırır və məktublar vasitəsilə minnətdarlıq edirlər.

Bizim rəhbərlik də bura tez-tez baş çəkərək minnətdarlığını bildirir, həyat və sağlamlığımızı riskə atdığımız üçün bizimlə fəxr etdiyini söyləyir. İndiyədək karantinə alınmış heç bir vətəndaşımızda koronavirusa yoluxan və bundan dünyasını dəyişən olmayıb”.

Qeyd edək ki, hazırda Azərbaycanda 4500-dən artıq insan xüsusi karantin rejimində saxlanılır.

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri