Apr
2020
11:50
51
93
3674
Virtual karabakh

AFFA-nın vitse-prezidenti: “Kamal Quliyev Azərbaycan futbolunda işləməlidir”

3 Apr, 2020
11:50
3674

AFFA-nın vitse-prezidenti: “Kamal Quliyev Azərbaycan futbolunda işləməlidir”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

AFFA işsiz qalan Kamal Quliyevin bu baxımdan həsrətinə son qoya bilər.

Bu barədə Oxu.Az-a AFFA-nın vitse-prezidenti, Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov deyib:

“Onunla ilkin söhbətimiz olub. Sabiq yetirməm kimi bu insanın Azərbaycan futbolundan kənarda qalması məni narahat etməyə bilməz. Düşünürəm ki, uzun müddət işsiz qalan Kamal Quliyev Azərbaycan futbolunda olmalıdır. Açığı, onu rəhbəri olduğum Məşqçilər Komitəsində görmək istəməzdim. İstərdim ki, Kamal hansısa klub və ya milli komandada işləsin.

Ondan Məşqçilər Komitəsi olaraq futbolda işləyib-işləməmək barədə fikirlərini öyrənmişik. O da buna müsbət yanaşıb. Koronavirusa görə hazırda Azərbaycanda futbol yarışları dayandırılıb. Bu bəla aradan qaldırıldıqdan sonra məsələ ilə bağlı daha ətraflı danışmaq olar. 

Kamalda hazırda məşqçilik üzrə B kateqoriyası var. Hansısa klubda baş məşqçi kimi işləməsi üçün A kateqoriyasını alması lazımdır”.

Qeyd edək ki, 2010-cu ildə futbolçu karyerasını başa vurmuş Kamal Quliyevin son iş yeri “Neftçi” olub. O, 2018-ci ilin yayınadək bu klubun Akademiyasında baş seleksiyaçı vəzifəsində çalışıb. Daha sonra Quliyev bu klubdan qalmaqalla ayrılıb.

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri