Apr
2020
13:11
300
32
1531
Virtual karabakh

71 yaşlı məşqçi koronavirusa qalib gəldi

4 Apr, 2020
13:11
1531

71 yaşlı məşqçi koronavirusa qalib gəldi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Polşanın qılıncoynatma üzrə baş məşqçisi Stanislav Şimanski koronavirusa qalib gəlib.

Oxu.Az xəbər verir ki, avqustda 72 yaşını qeyd edəcək polşalı məşqçi Qdanskda müalicə olunduğu hərbi-dəniz hospitalından evə buraxılıb.

Qeyd edək ki, Stanislav Şimanski və komandası ABŞ-ın Anahaym şəhərində keçirilməli olan Olimpiya təsnifat turniri üçün martın 10-da okeanın o biri tayına yola düşmüşdü. Lakin iki gün sonra Polşa İdman Nazirliyinin sərhədlərin bağlanacağı barədə xəbərdarlığını aldıqdan sonra komanda geri qayıtmışdı.

Martın 16-da Şimanski qızdırma və təngnəfəslik simptomları ilə üzləşmiş, martın 21-də onun verdiyi koronavirus testinin nəticəsi müsbət çıxmışdı. 

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri