Apr
2020
08:55
214
72
10622
Virtual karabakh

Messi gələcək futbol ulduzlarının reytinqini tərtib etdi

5 Apr, 2020
08:55
10622

Messi gələcək futbol ulduzlarının reytinqini tərtib etdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İspaniyanın “Barselona” klubunun kapitanı Lionel Messi gələcəkdə futbol ulduzları ola biləcək dünyanın 15 ən perspektivli oyunçusunun siyahısını tərtib edib.

Oxu.Az xəbər verir ki, argentinalı seçimini kiçik şərhlərlə əsaslandırıb.

Messi dünya futbolunun potensial ulduzları ilə bağlı fikirlərini “Give me sport” portalı ilə bölüşüb.

Trent Aleksandr-Arnold (“Liverpul”) – bu, əla hücuma keçə bilən müdafiəçidir.

Kristian Pulişiç (“Çelsi”) – onun əla balansı və çevikliyi var.

Meyson Maunt (“Çelsi”) – gördüklərimdən çıxış etsək, o, ən yaxşılardan biri olmağı bacaracaq.

Fil Foden (“Mançester Siti”) – böyük istedadı var. O, oyun zamanı inanılmaz şeylər edə bilir.

Ceydon Sanço (“Borussiya” Dortmund) – driblinqi zamanı müdafiəçiləri keçmək bacarığı heyrətləndirir.

Luka Yoviç (“Real”) – məftunedici oyunçudur. O, mümkün olmayanı mümkün edir.

Kay Haverts (“Bayer”) – onun rəqib qapısı önündə soyuqqanlılığı heyrətləndirir... və özü də yaşının az olmağına baxmayaraq.

Eder Militao (“Real”) – fövqəladə istedad, sərt rəqib.

Usman Dembele (“Barselona”) – onun məşqlər zamanı cəldliyi qorxudur.

Ussem Auar (“Lion”) – topu idarə edərkən o, həmişə sakitdir. Müstəsna texnikaya malikdir.

Frenki De Yonq (“Barselona”) – yaşıdlarının arasında ən istedadlı top ötürəndir.

Joau Feliks (“Atletiko”) – hazırda dünyanın ən maraqlı gənc futbolçularından biridir.

Kilian Mbappe (PSJ) – çox təhlükəli oyunçudur, cəlddir və hücumlarını bitirməyi bacarır.

Yozua Kimix (“Bayern”) – çox istedadlı müdafiəçidir, nəticələr verən çoxlu ötürmələr edir.

Benjamen Pavar (“Bayern”) – əla müdafiəçidir. O, qapıya çoxlu top vurmağı bacarır.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri