6 
Apr
2020
10:56
77
31
883
yuxarı
Kasilyas avrokubok finallarının dekabrda keçirilməsini təklif etdi
Futbol üzrə İspaniya millisinin və Madrid “Real”ının keçmiş qapıçısı İker Kasilyas cari ildə avrokubok finallarının dekabr ayında keçirilməsini təklif edib.
Bu barədə o, “Twitter” hesabında yazıb.
Futbolçunun sözlərinə görə, sözügedən qərar qarşıdakı iki mövsümün yaz-payız sistemi ilə keçirilməsinə şərait yaradacaq.
“Mövsüm ləğv edilsin, yoxsa təqvim ili ilə uyğunlaşdırılsın? Əgər 3-4 ay sonra hər şey yaxşı olacaqsa, o zaman mövsümü başa çatdırmaq, avrokubok finallarını isə dekabrda keçirmək olar. Növbəti dünya çempionatı 2022-ci ilin noyabrında başlayır, düzəliş edin”, - deyə Kasilyas bildirib.
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək
Digər İdman xəbərləri
15 
Yan
2021
17:42
Fars futbolçu: “Azərbaycanda Məşhəd şəhərinin məşhur olduğunu bilmirdim”
86
217
1881
15 
Yan
2021
03:30
İlk dəfə qar görən braziliyalı futbolçu klubun bazasında şortla gəzdi - VİDEO
146
20
3234