Apr
2020
14:28
62
171
4044
Virtual karabakh

Saşa Yunisoğlu: “Nə ev təmizləyirəm, nə də yemək bişirirəm” - VİDEO

6 Apr, 2020
14:28
4044

Saşa Yunisoğlu: “Nə ev təmizləyirəm, nə də yemək bişirirəm” - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Tətbiq edilən karantin rejimi günlərində evdən bayıra çıxmamağa çalışıram. Təbii ki, səhər evdən çıxan, axşam qayıdan insan üçün evdə oturmaq çox çətindir”.

Bunu Oxu.Az-a millimizin sabiq üzvü, hazırda “Sabah” klubunun 17 yaşadək futbolçulardan ibarət komandasında (U-17) məşqçi işləyən Saşa Yunisoğlu deyib.

O, zarafatından da qalmayıb:

“Bütün gün evdə oluram. Yox, nə ev təmizləyirəm, nə də yemək bişirirəm. Öz işlərim var. Bütün gün kresloda oturub filmlərə baxıram və uşaqlarla oynayıram”.

Ukrayna doğumlu 34 yaşlı məşqçi fiziki formasını qorumaq üçün məşq etdiyini də bildirib:

“Təbii ki, hər gün iki saat intensiv məşq edirəm. Çünki futbolçu karyeramı başa vursam da, məşqsiz qala bilmirəm. Bu, artıq vərdişdir və həyat tərzidir. Həm də iş üçün çox darıxıram.

Məşçilər heyəti ilə birgə komandamız – “Sabah”ın U-17-si üçün ev şəraitinə uyğun hazırlıq proqramını yazırıq. Gələcəyin də məşqlə bağlı işlərini görürəm. Məşqçilik etmək həm məsuliyyətlidir, həm da çox maraqlıdır. Həvəsdən düşmürük. Evdə otursaq da, işləyirik”.

Saşa Yunisoğlu koronavirusla mübarizəni də futbol dili ilə izah edib:

“Neyləyək, bu virusa qalib gəlməliyik. Taktikamız da evdə, müdafiədə oturub, əks-hücuma çıxmaqdır. Hələlik ölkə olaraq virusa qarşı müdafiədəyik. Fürsət yaranan kimi, komandamızın kapitanı ilə bərabər hücuma keçəçəyik və inşallah, qalib gələcəyik”.

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri