Apr
2020
18:24
95
177
4465
Virtual karabakh

Ruslan Əmircanov: “Yaxında göl olsaydı, qarmağımı elə eyvandan atardım” - FOTO

6 Apr, 2020
18:24
4465

Ruslan Əmircanov: “Yaxında göl olsaydı, qarmağımı elə eyvandan atardım” - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“O vaxt hamının yaşayış yeri kimi qeydiyyatda olduğu şəhərdə olması barədə qərar çıxarılanda istirahətdə olduğum Mingəçevirdən Bakıya qayıtdım. Bütün günü evdə oluram. Hara çıxıram ki?!

Biz futbolçular evdə qalmalıyıq ki, camaata örnək olaq. Klubdan da proqram göndəriblər, onun üzərində evdə məşq edirəm. Hamı qaydalara düzgün riayət etsə, bu bəladan da canımız tez qurtarar”.

Bunu Oxu.Az-a açıqlamasında millimizin sabiq futbolçusu və “Keşlə” klubunun müdafiəçisi Ruslan Əmircanov deyib. 35 yaşlı futbolçu evdə boş vaxtlarında etdiyi işlərdən danışıb:

“Filmlərə baxıram. Baxdığım filmlər, əsasən, Amerika istehsalıdır. Bir serial da var. Yaman tərifləyirlər. İspan serialı olan “La casa de papel”ə (“Kağız ev” və ya “Pul soyğunu”) baxmaq istəyirəm. Həmçinin arada “PlayStation” oynayıram. Oynadığım oyunlar futbol, “Mortal Combat” və “Red Dead Redemption”dır”.

Meyxana və balıq tutmaq həvəskarı olan Ruslan Əmircanov zarafatından da qalmayıb:

“Kamran Ağayevlə ancaq telefonda danışıram. Balıq tutmağa gəlincə, bütün ləvazimatlarımın hamısı eyvandadır. Yaxında göl olsaydı, qarmağımı elə eyvandan atardım. Amma yaxında elə bir göl yoxdur, dəniz də uzaqdadır”.

O, karyerasını gələn mövsüm də davam etdirəcəyini bildirib:

“Özümdə gücü hiss edirəm. Ona görə də futbolla vidalaşmaq niyyətində deyiləm. Nə vaxt gücümün tükəndiyini hiss etsəm, o zaman futbolçu karyerama son qoyacağam”.

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri