Apr
2020
11:52
301
17
1879
Virtual karabakh

Bakıda iyulun 3-dək heç bir beynəlxalq yarış keçirilməyəcək

8 Apr, 2020
11:52
1879

Bakıda iyulun 3-dək heç bir beynəlxalq yarış keçirilməyəcək

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

22 iyun – 3 iyul tarixlərində Bakıda keçirilməsi planlaşdırılan stend və güllə atıcılığı üzrə Dünya Kuboku ləğv olunub.

Oxu.Az xəbər verir ki, Beynəlxalq Atıcılıq İdmanı Federasiyası COVID-19 pandemiyası ilə əlaqədar olaraq üç Dünya Kuboku yarışını ləğv edib.

Bakıdan başqa, stend və güllə atıcılığı üzrə Hindistanın Yeni Dehli şəhərində 5-13 may və 20-29 may tarixlərində keçirilməsi nəzərdə tutulan Dünya Kuboku yarışlarının da ləğv edilməsinə qərar verilib.

Bu isə o deməkdir ki, ən azı iyulun 3-dək Azərbaycanda heç bir beynəlxalq yarış baş tutmayacaq.

Qeyd edək ki, daha əvvəl Bakıda gimnastika yarışları, karate üzrə Avropa çempionatı, cüdo üzrə Böyük Dəbilqə, paracüdo üzrə Qran Pri, “Formula 1” üzrə Azərbaycan Qran Prisi təxirə salınıb. Həmçinin dörd oyunu Bakıda baş tutacaq futbol üzrə Avropa çempionatı da 2021-ci ilə keçirilib.

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri