Apr
2020
16:31
271
25
3034
Virtual karabakh

Azərbaycan – Ermənistan oyunu ləğv edildi

8 Apr, 2020
16:31
3034

Azərbaycan – Ermənistan oyunu ləğv edildi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

FIBA-nın Avropa üzrə İdarə Heyəti yayda keçiriləcək bir sıra basketbol yarışlarını koronavirusa görə ləğv edib.

Oxu.Az xəbər verir ki, Münhendə FIBA Avropanın prezidenti Turqay Dəmirəl FIBA-nın prezidenti Aman Nyanq, baş katibi Andreas Zaqklis və Avropa icraçı direktoru Kamil Novakın iştirakı ilə videokonfrans keçirib. 

Burada yayda keçiriləcək yarışların ləğv olunmasına dair qərar verilib. Bunların arasında basketbolda kiçik ölkələrin çempionatı da var. Mayda keçiriləcək növbəti iclasda Azərbaycan kimi kiçik ölkələr üçün ən münasib qərarı çıxarmağa çalışacaq.

Qeyd edək ki, kiçik ölkələrin çempionatının B qrupunda Azərbaycan meydan sahibi İrlandiya, Ermənistan və Andorra ilə bir mübarizə aparmalı idi. Həmin yarış 28 iyun-4 iyul tarixlərində baş tutmalı idi. 

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri